• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank BTB”in yeni Azadlıq filialı fəaliyyətə başlayıb - VİDEO

“Bank BTB”in yeni Azadlıq filialı fəaliyyətə başlayıb - VİDEO
28.05.2020 21:55
"Bank BTB” yeni - Azadlıq filialının açılışını qeyd edib. Şəhərin mərkəzində - Bakıxanov küçəsi, Azadlıq prospekti 128 P ünvanında fəaliyyətə başlayan filialın açılmasında məqsəd müştərilərin bankın xidmət və məhsullarına əlçatanlığını təmin etməkdir. Qeyd edək ki, filial müasir standartlara cavab verən avadanlıqlarla və yeni interyer dizaynla təchiz olunub, yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb.

Burada müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstəriləcək. Həmçinin, AKİA və SİF hesabına biznes kreditləri, eləcə də, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi də nəzərdə tutulub.

Filialın açılış tədbirində işçilərin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə Koronavirus (COVID-19) infeksiyasına qarşı bütün profilaktik tədbirlər nəzərə alınmışdır. Belə ki, virusun yayılma ehtimalını nəzərə alaraq, açılış mərasimi həmişəki tədbirlərdən fərqli formatda keçirilmişdir. Həmçinin, işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (spirt tərkibli məhlul) təmin olunmuş, eləcə də, müraciət edən müştərilərin qəbulu ara məsafənin saxlanılması ilə həyata keçirilmişdir. Tətbiq olunan bir sıra sosial izolyasiya tədbirləri virusun ölkədə yayılma ehtimalının qarşısını almağa xidmət edir.

Karantin qaydalarına riayət etmək məqsədilə filialın açılışına məsafədən qoşulan Bank BTB-nin İdarə Heyəti Sədrinin birinci müavini Rüfət Abbasov əməkdaşları təbrik edərək bildirib: "Yeni filialda biznesin bütün istiqamətləri üzrə sahibkarlıq subyektlərinə dəstək olunacaq, əhaliyə müasir bank məhsulları sərfəli şərtlərlə təqdim ediləcəkdir. Məqsədimiz müştərilərin maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə qarşılamaqdır”.
Azadlıq filialı həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimi müştərilərin xidmətində olacaq.

Məlumata görə, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Xatırladaq ki, bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol