• $
  • €
  • ₽
  • ₺
  • £

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir
28.05.2020 21:55

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt” MMC-nin poçt şöbələrində yekunlaşmaq üzrədir.


Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proqram üzrə 600 min şəxsə aprel ayının ödənişi bank filiallarına və poçt şöbələrinə köçürülüb. Layihə üzrə 590 mindən artıq vətəndaşa ödənişlər "Azərpoçt” MMC, qalan hissəsi isə müvafiq banklar tərəfindən həyata keçirilib. Birdəfəlik ödəmə vəsaiti "Azərpoçt” MMC-yə köçürülən, yəni aprel ayı üzrə müavinətini hələ də almayan vətəndaşlar istənilən poçt şöbəsinə və "Şəbəkə” Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.


Qeyd edək ki, "Azərpoçt” MMC xüsusi karantin rejimində bir sıra sosial layihələrin icrasına da dəstək verir. Belə ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasını davam etdirir. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün "fermer kartları” "Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılır.


 

Həmçinin dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev fondunun başladığı «Biz birlikdə güclüyük» şüarı ilə keçirilən sosial aksiya davam edir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Sovqatların ailələrə çatdırılmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt” MMC də dəstək verir.


Eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə "Azercell”in həyata keçirdiyi sosial layihə çərçivəsində qlobal pandemik infeksiyanın yayılmasının həssas təbəqədən olan ailələrə göstərdiyi müvəqqəti təsirləri aradan qaldırmaqda dövlətə dəstək nümayiş etdirildi.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilmiş siyahıya əsasən Bakı şəhərində yaşayan, I qrup əlilliyə görə sosial müavinət alan 6 minə yaxın aztəminatlı ailəyə bayram sovqatı təqdim olundu. Hədiyyələr həmin ailələrin ünvanlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt” MMC tərəfindən çatdırıldı.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol