• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 1500 manat pul verildi — RƏSMİ

Bu şəxslərə 1500 manat pul verildi — RƏSMİ
29.05.2020 08:50
İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.  
Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.
Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.
Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının -  256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və  b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.
Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı və s. sahələrdə də müvafiq işlər aparılır. oxu.az


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol