• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda inflyasiyanın həddi açıqlandı

Azərbaycanda inflyasiyanın həddi açıqlandı
28.05.2020 21:51
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 103%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1% təşkil edib. 


"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir. 


Məlumatda həmçinin deyilir ki, ayrıca aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, ötən ilin aprel ayına nisbətən isə 103% təşkil edib. 




2020-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, 2019-cu ilin aprel ayına nisbətən 106% təşkil edib. 


Ay ərzində ərzaq məhsullarından daha çox artım düyünün, unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, kəsmiyin, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, şabalıdın, kələmin, balqabağın, bibərin, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, mərcinin, şəkər tozunun, qəhvənin, arağın, pivənin, azalma isə əsasən təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, bananın, qozun, fındığın, xiyarın, pomidorun, göyərtinin, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nibətən 0,1%, ötən ilin aprel ayına nisbətən 1,3% artıb.


Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım yağlı boyaların, polietilen su və kanalizasiya borularının, laminat parketin, xalçaların, kondisionerlərin, tozsoranların, mikrodalğalı sobaların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, pambığın, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyator və amortizatorların, azalma isə əsasən kəsilmiş taxtaların, sementin, mətbəx üçün mebel dəstlərinin, mobil telefonların, yazı kağızlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


2020-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7% azalıb, 2019-cu ilin aprel ayına nisbətən 0,4% artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVtsaatdan 400 kVt-saatadək artırılması olub. Nəticədə elektrik enerjisinin orta qiyməti 12,5% aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol