• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb

Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb
28.05.2020 23:36
"Unibank”ın banka gəlmədən onlayn hesab açmaq xidməti fərdi sahibkarlar tərəfindən çox müsbət qarşılanıb. Xüsusi karantin rejimində biznes sahiblərinə dəstək məqsədilə istifadəyə verilən bu xidmət, onlarla sahibkara banka gəlmədən, evində oturaraq, dəqiqələr ərzində onlayn bank hesab açmaq imkanı yaradıb.

"Unibank”ın onlayn hesab açmaq xidmətindən istifadə edən sahibkarlar xidmət haqda nə düşünürlər:

 Amil Qurbanov: "Sumqayıtda qalıram. İnternetdə "Unibank”ın onlayn hesab xidməti haqda xəbəri oxuyan kimi müraciət etdim. Müraciətim elə karantin rejiminin ilk günlərinə təsadüf edib. Evdə oturaraq, çox qısa müddətdə, həm də yüksək səviyyədə xidmət oldu”.
Rənaxanım Rzayeva : "Yaşım 65-dən yuxarıdır. Karantin rejimi ilə əlaqədar evdən çıxmağın mümkün olmadığı bir vaxtda, "Unibank”ın bu xidməti çox köməyimə çatdı. Belə mükəmməl xidmətə görə təşəkkürümü bildirirəm.
 
Bahəddin Əlimərdanov: "Qısa müddət üçün Rusiyaya gəlmişdim, pandemiya ilə əlaqədar  Bakıya qayıda bilmədim. Belə bir çətin vəziyyətdə bu xidməti təmin etdiyiniz üçün çox sağ olun!”
 
Elgün Abdullayev: Şəkidə yaşayıram. Filiala getmişdim, sıxlıq idi və pandemiya ilə əlaqədar filialın daxilinə növbə ilə buraxırdılar, çöldə gözləyən zaman bank əməkdaşı məlumat verdi ki, ASAN imzası olanlar evdən onlayn bank hesabı aça bilərlər. Evə qayıdıb onlayn müraciət etdim. Sonra videozənglə əlaqə saxladılar. Hesabımı qısa müddətdə açdılar, rekvizitləri də özümə göndərdilər”.
 
Polad Budaqov: Karantin günlərində 2 saatlıq icazə alıb bank filialına gedib hesab açmaq çox çətin idi. Həm yol, həm filialda gözləmək vaxt alırdı. "Unibank”ın bu xidməti haqda eşidən kimi onlayn müraciət etdim və qısa müddətdə, çox rahat şəkildə bank hesabımı açdılar”.
 
"Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:
- Unibank.az saytından (https://hesab.unibank.az/login) "Onlayn hesab açın” bölməsinə daxil olursunuz;
- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;
- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;
- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.
 
Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol