• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı YAP-ın qərargahının yerində villa tikib

İcra başçısı YAP-ın qərargahının yerində villa tikib
29.05.2020 11:24
Tərtərin icra başçısı Müstəqim Məmmədovun yaşadığı ev əvvəllər Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının qərargahı olub. 


Yenisabah xəbər verir ki, bina 90-cı illərdə tikilib və 1998-ci ilə qədər orada əmanət bankı yerləşib. Daha sonra bina YAP-ın yerli təşkilatına verilib. 2016-cı ildə isə təşkilat yeni qərargaha köçüb. Bundan sonra Müstəqim Məmmədov binanı özəlləşdirərək özünə ev edib. Binada o yenidənqurma işləri aparıb və bir mərtəbə artırılıb. Və həmin vaxtdan icra başçısı özəl mülkiyyətə çevirdiyi həmin villada yaşamağa başlayıb.


Məlumata görə, həmin ev Tərtərin mərkəzi ərazilərindən hesab edilən Nərimanov küçəsində yerləşir. Həmin küçədə yaşayış və inzibati binalar yerləşir. "O ərazidə həyət evi yoxdur və heç vaxt olmayıb”, - deyə sakinlər bildirib.


İcra başçısı evinin kənarında "dayanmaq qadağandır” nişanı da quraşdırıb. Həmin ərazidə maşını saxlayan sürücü dərhal yol polisi tərəfindən cərimələnir.


Dünən məlumat verimişdik ki, icra başçısı evinin yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Müstəqim Məmmədov bu addımı evinin görünməməsi üçün atıb. Hazırda liseydə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol