• $
  • €
  • ₽
  • ₺
  • £

Pandemiyaya görə ayrılan maliyyə necə paylanılıb?- HESABAT

Pandemiyaya görə ayrılan maliyyə necə paylanılıb?- HESABAT
29.05.2020 09:54
Pandemiyadan zərər çəkmiş sahələrə 533 257 000 manat vəsait ayrılıb.



Anews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin açıqlamasına görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub. 



Maliyyə Nazirliyinin açıqlamasına görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub. Bu vəsaitin 159 mln. 757 min manatı (muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün 69 mln. 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 mln. 637 min manat, Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat) İqtisadiyyat Nazirliyinin, 244 mln. manatı (600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 mln. manat, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 mln. manat) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ayrılıb.



Bundan başqa Dövlət dəstəyi tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 mln. 900 min manat, "Bakı Metropoliteni” QSC-yə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib”.



Qubad İbadoğlu qeyd edib ki, tədbirlər planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 mln. manat vəsait köçürülüb.



Beləliklə də, dövlət büdcəsindən pandemiyadan dəyən zərərlərin qarşılanması üçün bütün tədbirlər üzrə 533 milyon 257 min manat maliyyə dəstəyi göstərilib”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol