• $
  • €
  • ₽
  • ₺
  • £

Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
29.05.2020 10:26
Son 1 il ərzində "Nar”ın 4G istifadəçilərinin sayı 66% artıbHər zaman abunəçilərini yüksəkkeyfiyyətli və kəsintisiz internetlə təmin edən "Nar”ın 4G istifadəçilərinin sayı 2020-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% artıb. Mobil operatorun təqdim etdiyi sərfəli internet paketləri sayəsində internet trafikinin həcmində 51% artım qeydə alınıb. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının quraşdırılması, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar təsir edib.
­­
Abunəçilərini yüksəkkeyfiyyətli və sürətli 4G şəbəkəsi ilə təmin etmək məqsədilə "Nar”, cari ilin ilk üç ayı ərzində paytaxtda və regionlarda əhatə dairəsini genişləndirməyə davam edib. Belə ki, 2020-ci ilin birinci rübü ərzində ölkə ərazisində 50-yə yaxın 3G və 4G/4.5G baza stansiyası quraşdırılıb. Müştərilərinə hər zaman kəsintisiz və sürətli internet təcrübəsi təqdim edən "Nar”ın 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Hazırda mobil operatorun 4G istifadəçilərin sayı Bakı üzrə 67%, regionlar üzrə isə 33% təşkil edir. 
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol