• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvana investisiya qoyuluşu 1,4% artıb

Naxçıvana investisiya qoyuluşu 1,4% artıb
29.07.2020 19:30
Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 562,3 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,4% çoxdur.

"Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 
Məlumata görə, 6 aylıq investisiya qoyuluşunun 537,7 milyon manatı və yaxud 95,6%-i tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da illik müqayisədə 0,4% çoxdur.

Yanvar-iyun aylarında muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə "Elektron nəzarət portalı” yaradılıb.

Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 14 kommunal təyinatlı müxtəlif, o cümlədən 5-i bərk tullantıların, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsi gətirilib.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ilin yanvar-iyun aylarında 3 kənd mərkəzi istifadəyə verilmiş, 6 kənd mərkəzinin inşası davam etdirilir.

Muxtar respublikada 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində "Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilir.

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 233 min 814 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılıb, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Cəlilkənddə və Kəngərli rayonunun Qarabağlar kəndində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol