• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 18 bankın qeyri-faiz xərcləri artıb- "Paşa" Bank ən yüksək dinamikadadır

Azərbaycanda 18 bankın qeyri-faiz xərcləri artıb- "Paşa" Bank ən yüksək dinamikadadır
12.08.2020 10:43
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Anews.az bildirir ki, bunlar "Bank VTB Azərbaycan", "Bank Avrasiya", "Access Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Express Bank", "AFB Bank" və "Premium Bank"dır.

Ən çox azalma "Premium Bank"da (10,3%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (1,1%) qeydə alınıb.

Qalan 18 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (66,8%), ən aşağı dinamika isə "Muğan Bank"da (2,4%) qeydə alınıb.
5 bankın qeyri-faiz xərcləri 30 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri 30 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (127,128 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (75 milyon 985 min manat), "PAŞA Bank" (72 milyon 853 min manat), "Unibank" (33 milyon 441 min manat) və "Bank Respublika"dır (30 milyon 959 min manat).

Qalan 21 bankdan 10-da qeyri-faiz xərcləri 11-30 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol