• $
  • €
  • ₽
  • ₺
  • £

Göygöl rayonunun Toğana kəndində qazlaşma işləri tamamlanmaq üzrədir

Göygöl rayonunun Toğana kəndində qazlaşma işləri tamamlanmaq üzrədir
28.08.2020 10:32
2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Toğana kəndidir. Bu kənddə bir neçə aydır ki, artıq işlərə start verilib. Planlaşdırılan işlərin böyük hissəsi icra edilib. 388 fərdi yaşayış evinə qaz çəkilişi aparılır ki, bunlardan da artıq 345-də sayğacların quraşdırılması başa çatdırılıb. Ümumi uzunluğu 21 200 metr olan küçə qaz xətlərinin çəkilməsi işləri tamamlanıb. Uzunluğu 9700 metr olan daxili qaz xətlərinin isə 8625 metri çəkilib. Bundan başqa 1 ədəd ŞQTM-700 markalı tənzimləyici quraşdırılıb. Bununla da Göygöl rayonunda qazlaşma səviyyəsi 94,6 %-ə yüksələcəkdir.
 
Bu zonanın yay və qış turizmi üçün əhəmiyyətini nəzərə alaraq "Azəriqaz” İB qazlaşma işlərinin tez bir zamanda yekunlaşdırılmasını və tezliklə qaz təchizatının təmin edilməsini planlaşdırır.

Qeyd edilib ki, cari ildə dövlət sifarişi ilə regionlarda 380, Bakı şəhərində 2750, vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma xətti ilə regionlarda 14 200, Bakı şəhərində 6400 fərdi ev qazlaşdırılıb. Qarşıdan gələn mövsümdə dövlət sifarişi ilə regionlarda 8300-ə yaxın, Bakı şəhərində 5900-ə yaxın fərdi evin qazlaşdırılması nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə ərazisində vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma işləri də davam etdirilir.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol