• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "Dollar kəskin ucuzlaşacaq"

Ekspert: "Dollar kəskin ucuzlaşacaq"
03.09.2020 13:56
"Gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq".

"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə "A.G.Biset Associates” valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirib.
Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ dollarının çox böyük hərəkətinin başlanğıcda olduğu, nəticədə bir çox sərmayədarların öz vəsaitlərini ABŞ qiymətli kağızlarında saxlamaqdan daşına biləcəyi qeyd olunub.

Əmtəə Fyuçersləri Ticarət Komissiyasına görə hedc fondlarının dollara qarşı mərcləri son on illik müddətin ən yüksək səviyyəsinə çatıb. Hazırda "Bank of Amerika”nın "Global Research” qrupundakı fond menecerlərinin 36 faizi ilin ikinci yarısında əsas valyuta satışları üçün dolların yerini ixtisar ediblər.

Sərmayədarların bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanılır.

Bununla belə Nyu-Yorkda yerləşən "BlackRock” qlobal sərmayə şirkətinin baş sərmayə direktoru Rik Rayderə görə dünya ticarətinin hələ də ABŞ valyutasına çox bağlı olması dolların daha da tənəzzülə yuvarlanmasının qarşısını alacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol