• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici video çarx hazırlayıb

Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici video çarx hazırlayıb
23.09.2020 17:49
"Diş fırçanı kiminləsə bölüşürsən?”- təbii ki, bu suala hər kəs "Xeyr!” cavabı verəcək. "Unibank”ın kart məlumatlarının təhlükəsizliyi ilə bağlı hazırladığı maarifləndirici video çarx bu sualla başlayır. İlk baxışdan diş fırçası ilə bank kartı arasında heç bir bağlılıq olmasa da, hər iki əşyanın başqası ilə paylaşılmasının nə qədər təhlükəli olduğunu görürük. Diş fırçamızdan başqa birinin istifadəsi səhhətimiz üçün nə qədər təhlükə yaradırsa, bank kartı məlumatlarının kiməsə verilməsi də maliyyə təhlükəsizliyimiz üçün o qədər ciddi təhdiddir.

"Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır. Kart məlumatlarını  dələduzlardan qorumağın sadəcə bir yolu var- bu məlumatları heç kimlə paylaşmamaq.

Xüsusən də Bankınız tərəfindən sizə göndərilən 3D təhlükəsizlik kodunu heç kimlə paylaşmayın! Kartınıza aid bütün məlumatlar yalnız sizə məxsusdur. Bu məlumatları da diş fırçanız kimi heç kimlə bölüşməyin.

Maarifləndirici video çarxı bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=G5rp7mbfG3A

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol