• $
  • €
  • ₽
  • ₺
  • £

Brent neftinin ən son qiyməti

Brent neftinin ən son qiyməti
25.09.2020 13:06
Neft qiymətləri tələbatın bərpa olunmasının davam edəcəyi ümidi ilə yüksəlir.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu cümə günü səhər saatlarında baş tutan sövdələşmələr göstərir.

Bakı vaxtı ilə saat 08:49-a olan məlumata görə, Şimal dənizindən hasil olunan "Brent” markalı neft qarışığının noyabr fyuçerslərinin qiyməti 0,55% artaraq bir barel üçün 42,17 ABŞ dollarına, WTI markalı neftin noyabr fyuçersləri isə 0,6% artaraq bir barel üçün 40,55 ABŞ dollarına çatıb.

Qeyd edək ki, tələbatın bərpa olunacağına ümid investorların koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkələrin sərt karantin tədbirlərindən imtina edəcəyini və ikinci dalğanın tələbə birincisi qədər zərər verməyəcəyini gözləmələri ilə əlaqədardır. Üstəlik, bu həftənin əvvəlində ABŞ Energetika Nazirliyi bir həftə ərzində ölkədə neft ehtiyatlarında azalma olduğunu açıqlayıb.

Amma həftənin yekununda "qara qızıl”ın qiymətinin azalacağı gözlənilir, çünki koronavirusla bağlı risklər davam edir, Liviyada istehsalın bərpası isə təklifin artmasına səbəb ola bilər. KİV-in bildirdiyinə görə, İraqın Neft naziri İhsan Abd Əl Cabbar ölkəsinin OPEC+ ilə neft ixracatını artırmaq üzrə razılaşma əldə edəcəyinə ümid etdiyni söyləyib. Bir həftə əvvəl isə o, İraqın OPEC+ sazişi çərçivəsində 2020-ci ilin sonuna qədər izafi hasil edilən neft həcmini kompensasiya edəcəklərinə dair plan hazırladığını söyləmişdi. Hər iki göstərici aylıq azalma yolundadır və bu, aprel ayından bəri ilk dəfə azalma olacaq.

"Böyük ölçüdə təklif baxımından heç bir dəyişiklik olmayıb və bu da neftin qiymətlərinə təsir edib”, - OANDA-nın baş bazar analitiki Ceffri Halli deyib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol