• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-nın həftəlik neft ehtiyatları azalıb, hasilat isə dəyişməz olaraq qalıb

ABŞ-nın həftəlik neft ehtiyatları azalıb, hasilat isə dəyişməz olaraq qalıb
01.10.2020 12:28
ABŞ energetika nazirliyi kommersiya neft ehtiyatlarımnın həftə ərzində əhəmiyyətli dərəcədə azaldığını  açıqlayıb. Belə ki, açıqlamada  bildirilir ki, strateji neft ehtiyatlarına aid olmayan ABŞ-ın kommersiya neft ehtiyatları təqribən 2 miliyon barrelədək azalıb. Bundan əvvəl isə analitiklər neft ehtiyatlarının 1 miliyon barrelədək azalacağını proqnozlaşdırmışdı. ABŞ energetika nazirliyinin mıəlumatına görə sentyabrın sonuna neft ehtiyatları 492,426 miliyon barel təşkil edib.
ABŞ-ın həftəlik neft hasilatı isə dəyişməyib - əvvlki həftədə olduğu kimi  gündəlik 10,7 miliyon barel.

Ortalama son dörd həftə ərzində ABŞ da neft hasilatı sutkalıq 10,575 miliyon  barel təşkil edib.  Qeyd edək ki, neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişir. Londonun İCE birjasının məlumatına görə  Avropa etalonlu Brent markalı neftin bir barreli 40,79 dollara Amerika etalonlu WTI markalı neftin bir barreli isə  isə 39,69  dollara ticarət olunur.  

Ekspertlər hesab edir ki, neftin qiymətlərinin enməsi dünya iqtisadiyyatına yenidən zərbə vurması ehtimal edilən karonavirusun yeni dalğası və xammala tələb fonunda  baş verir. Əksər ölkələrdə COVİD 19 virusuna yoluxanların sayında artım hiss olunur, karantin qaydaları sərtləşdirirlir.
Bloomberg agentliyinin məlumatına görə isə neft istehlakının bərpa olunması üç ilə baş verə bilər.  Bundan əlavə Liviyada hasilatla bağlı yayılan xəbərlər də neft qiymətlərinə təzyiq edir. 

Ötən ayın əvvəlindən Brent markalı neftin fyuçersləri 10% dən  artıq ucuzlaşıb. WTI markalı neft isə sentyabrın əvvəlindən 7%-ə dək dəyər itirib.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol