• $
  • €
  • ₽
  • ₺
  • £

Çin ticarət müharibəsi başlayandan bəri ilk dəfə ABŞ-dan qaz tədarük edəcək

Çin ticarət müharibəsi başlayandan bəri ilk dəfə ABŞ-dan qaz tədarük edəcək
09.11.2020 22:00
Çin ABŞ ilə ticarət müharibəsi başlayandan bəri ilk dəfə amerikalı ixracatçıdan mayeləşdirilmiş təbii qaz (LNG) alınması ilə bağlı müqavilə imzalayıb.
Bu barədə anews.az Bloomberg” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, "Foran Energy Group” ABŞ istehsalçısı "Cheniere Energy” ilə 2021-2025-ci illər aralığında 26 partiya tədarüklə bağlı çərçivə sazişi imzaladığını açıqlayıb. Sazişin Şanxayda keçirilən illik ticarət konfransı zamanı bağlandığı vurğulanıb. Tədarük qiymətləri ABŞ-da "Henry Hub” etalonuna bağlı olacaq.

Agentlik qeyd edir ki, ABŞ-ın 2018-ci ildə Çin mallarına tətbiq etdiyi rüsumlara cavab olaraq Çinin də qarşı tərəfdən məhsul alışına əlavə rüsumlar tətbiq etməsindən sonra Çin şirkətləri ABŞ ixracatçıları ilə uzunmüddətli təchizat sazişləri bağlamağı dayandırmışdı.

2019-cu ilin mayından bu ilin martına qədər isə Çinə Amerika LNG-si tədarükü tamamilə dayanmışdı. O vaxtdan bəri Çin yanvarda ABŞ ilə imzaladığı ticarət müqaviləsinin ilk mərhələsi çərçivəsində öhdəliklərini yerinə yetirməyi planlaşdırdığı üçün idxalı yenidən başladıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol