• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Şuşa şəhərində filial açacaq!

Bank Respublika Şuşa şəhərində filial açacaq!
12.11.2020 17:33
 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz  Vətən müharibəsini böyük zəfərlə bitirdi. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və möhkəm iradəsinin eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsidir. 

Bank Respublika ailəsi, möhtəşəm Qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş Komandan İlham Əliyev cənablarına, böyük cəsarət və igidlik göstərən Ordumuzun bütün əsgər və zabit heyətinə eləcə də həmrəy olan xalqımıza öz dərin minnətdarlığını bildirir! Şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoyacaq. Gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək, çiçəklənəcək!
Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açmaq haqqında qərar qəbul etmişdir.

"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdir ki,”Hər bir Azərbaycanlı kimi, Bankımızın da bütün əməkdaşları qələbə xəbərini böyük sevinclə qarşılamışdır! Bizə bu qələbəni yaşatdığı üçün Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna Bankımız adından sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid əsgərimizin qarşısında baş əyirik. Qeyd etmək istərdim ki, Bankımız ölkə Prezidenti cənab İlham Əliyevin "Şuşa - səni dirçəldəcəyik” çağırışına qoşularaq Azərbaycanın dilbər güşəsi olan Şuşa şəhərində yeni filialın açılması ilə bağlı qərar qəbul etmişdir. Hər bir Azərbaycanlı kimi biz də ölkəmizin yenidən inkişaf etməsində və çiçəklənməsində öz töhfəmizi verəcəyik. 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol