• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb
13.11.2020 19:00
Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 540,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % az vəsait yönəldilib.

Anews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 % artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 % azalmışdır. İstifadə olunmuş vəsaitin 7598,1 milyon manatı və ya 65,8 %i məhsul istehsalı sahələrinə, 2884,6 milyon manatı (25,0 %i) xidmət sahələrinə, 1057,5 milyon manatı (9,2 %i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7390,1 milyon manatını və ya 64,0 %ini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7281,6 milyon manatı və ya 63,1 %i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 %, büdcə vəsaitləri 24,1 %, bank kreditləri 6,4 %, əhalinin şəxsi vəsaitləri 6,1 %, sair vəsaitlər 3,4 %, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 % təşkil edib.

2020-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində "Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, "Böyükşor” və "Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 260 çarpayılıq 3 xəstəxana binası, 1925 şagird yerlik ümumi təhsil müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ümumi təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda "Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda "Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional "Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, "Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda "Azərxalça” ASC-nin filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda "Asan Həyat” kompleksi, "Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, "Azərxalça” ASC-nin filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, "Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda "Asan Həyat” kompleksi, "Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol