• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı şöbələrini də yeniləyir

Azərbaycan Beynəlxalq Bankı şöbələrini də yeniləyir
16.11.2020 10:48
Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin transformasiya layihəsi çərçivəsində Ağsu, Ağcabədi və Zərdab şöbələrini də yeniləyib. Bankın Ağsu şöbəsi yeni ünvana köçürülüb. Şöbə bundan sonra Ağsu şəhəri Üzeyir Hacıbəyli küçəsi - 29 ünvanında fəaliyyət göstərəcək. Ağcabədi (Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 185A) və Zərdab şöbələrinin (Zərdab şəhəri, Azərbaycan küçəsi – 56) ünvanları isə dəyişməz qalıb. Hər üç şöbədə müştərilərə yüksək səviyyədə bank xidmətlərinin gösətərilməsi üçün lazım olan şərait və imkanlar yardılıb.  

Layihənin əsas məqsədi müştərilərin getdikcə dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək və yeni keyfiyyət standartları tətbiq etməkdir. Bankın digər xidmət ofisləri kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrində də müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası çərçivəsində yenilənmə prosesinin yaxın gələcəkdə digər filial və şöbələri də əhatə edəcəyini bildirib: "Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Xidmət ofislərimizi müasirləşdirməklə biz müştərilərimizə ən yüksək xidmət şəraiti yaratmağa çalışırıq. Ənənəvi xidmət kanallarını təkmilləşdirməklə bərabər müxtəlif innovativ həllərlə banka gəlmədən məsafədən xidmət imkanlarını genişləndiririk. Ümid edirik ki, başqa filial və şöbələrimiz kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrimiz də müştəri məmnuniyyətini artırmağa, həmçinin regionların inkişafına töhfələr verəcək”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol