• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % artırıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % artırıb
16.11.2020 17:24
Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 mənzil alıb.

Anews.az-ınTürkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 12 mənzil və ya 9,6 % çoxdur.
Ümumilikdə isə yanvar-oktyabr aylarında 1 020 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin on ayı ilə müqayisədə 66 ədəd və 6,92 % çoxdur.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyədə 5 331 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 1 020 ədəd və ya 23,7 % çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyədə 31 797 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4 782 ədəd və ya 13,07 % azdır.
Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar oktyabrda 909, yanvar-oktyabr aylarında isə 5 074 mənzil əldə edib.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 849, yanvar-oktyabrda isə 5 565 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan oktyabrda 400 mənzil, yanvar-oktyabrda isə 2 295 mənzilə sahib olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol