Gürcüstanın qış kurortları fevralda açıla bilər

Gələn ilin fevral ayından etibarən Gürcüstanda qış kurortlarının həm ölkə vətəndaşları, həm də xarici turistlər üçün açılaçağı gözlənilir.
Anews.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, ağır epidemioloji vəziyyətə görə kurortların iki ay müddətinə istifadəyə verilməməsi barədə qərar qəbul edilib: "Lakin elan olunan məhdudiyyətlər yanvarın sonunadək qüvvədə qalacaq. Fevral ayından başlayaraq kurortların fəaliyyətə başlayacağı ilə bağlı müsbət gözləntilərimiz var”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























