• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il neftə tələbatın bərpa olunacağı gözlənilir

Gələn il neftə tələbatın bərpa olunacağı gözlənilir
25.12.2020 20:00
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 2021-ci ildə dünya neft bazarında tələbatın tədricən bərpa olunacağı qənaətindədir.

Bu barədə "Sky News Arabia”ya müsahibəsi zamanı enerji naziri Süheil əl Məzrui bildirib.

O, əsas amillər arasında koronavirusa qarşı peyvənd dərmanlarının yayılmasını və ABŞ ilə Çin arasında gərginliyin sovuşmasını göstərib.

Qeyd edək ki, son vaxtlar Avropada koronavirusun yeni növünün yayılması və bununla bağlı karantin məhdudiyyətlərinin artırılması üzündən neftə tələbatın daha da azalacağına dair ehtimalların da təsirilə son günlər neft ucuzlaşmağa başlayıb və son iki ayda ilk dəfə olaraq həftə mənfi trendlə başa çata bilər. Lakin BƏƏ-də koronavirusun yeni ştamına dair narahatlıq duyulmur.

Nazir S.Məzrui də bu məsələdə hər hansı təhlükə görmədiyini, OPEC+ formatının iştirakçısı ölkələri tərəfindən görülmüş tədbirlər nəticəsində neftə tələbatın azalmasının fəsadlarını yumşaltmağın mümkün olduğunu söyləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol