• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika 100-ə yaxın vətəndaşa dəstək oldu - Fotolar

Bank Respublika 100-ə yaxın vətəndaşa dəstək oldu - Fotolar
28.12.2020 14:44
Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti layihəni uğurla başa vurub.

Anews.az xəbər verir ki, bank ilin əvvəlindən start götürən Özünüməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan daha 29 nəfərin şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.

Bu dəfə Bankın əməkdaşları Bakı, Abşeron, Sumqayıt, Gəncə, Qusar, Lənkəran, Masallı, Şirvan, Tovuz və Bərdədə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəhid və aztəminatlı ailələrə eləcə də işsiz şəxslərə onların sosial rifahını yüksəltmək məqsədilə əvəzsiz olaraq mal-qara, avadanlıq və digər aktivlər təqdim edib.

Bununla da yeni un məmulatları sexi, playstation oyun zalı, tekstil məhsulları istehsal edən kiçik müəssisə, avtoyuma və avtoelektrik mərkəzi, playstation oyun zalı, heyvandarlıq təsərrüfatı, broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.

Sakinlər daimi gəlir mənbəyi yaratdıqlarına görə "Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.

Qeyd edək ki, Bank Respublika cari ildə Özünüməşğulluq proqramı çərçivəsində 71 nəfər vətəndaşın özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilib. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol