• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır
11.01.2021 11:31
Dünyada neft qiymətləri koronavirusun qlobal miqyasda yayılması ilə bağlı xəbərlərin təzyiqi də daxil olmaqla, korreksiyalaşma çərçivəsində ucuzlaşır.


Anews.az xəbər verir ki, bunu sövdələşmə məlumatlarından görmək olar.


Belə ki, Bakı vaxtı ilə saat 08:34-ə olan məlumata əsasən, "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1,13% uculaşaraq bir barel üçün 55,36 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,8% dəyər itirərək bir barel üçün 51,82 ABŞ dollarına düşüb.


Öncəki həftənin nəticələrinə görə, "qara qızıl”ın qiymətləri orta hesabla 8% bahalaşmışdı. "Brent” markalı neft fevralın 26-dan bəri ilk dəfə 55 ABŞ dolları səviyyəsini keçmişdi. Bu fonda investorlar yeni həftəyə mənfəət götürməklə başlayıblar.


Eyni zamanda, dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində növbəti koronavirus "patlayışından” sonra hərəkətə qoyulan məhdudiyyətlər fonunda yanacağa tələbatla bağlı yeni narahatlıqlar bazara təzyiq göstərib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol