• $
  • €
  • ₽
  • ₺
  • £

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı
29.01.2021 15:26
OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşmaya əsasən, fevral ayından Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrdə hasilatın azalması ərəfəsində bu gün günorta hərraclarında neft qiymətləri yenidən artıb.

Anews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:57-yə olan vəziyyətə görə, "Brent” markalı neftin aprel fyuçersləri 0,64 faiz bahalaşaraq 55,45 ABŞ dollarından, mart fyuçersləri də 0,36 faiz bahalaşaraq 55,73 dollardan, WTI markalı neftin mart fyuçersləri isə 0,31 faiz bahalaşaraq 52,5 dollardan satılıb. Həlbuki səhər hərraclarında qiymətlər əsasən ucuzlaşırdı.

Xatırladaq ki, ilin əvvəlində əldə edilmiş razılaşmaya əsasən, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı fevral – mart aylarında gündəlik hasilatı əlavə olaraq 1 milyon barel azaltmaq qərarına gəlib.

Bununla yanaşı, axşam saatlarında "Baker Hughes” neft servis şirkəti tərəfindən ABŞ-da fəaliyyətdə olan neft qazma qurğularının sayını açıqlaması ərəfəsindəki nikbinlik də qiymət artımına təkan verib. Belə ki, 15-22 yanvar tarixləri arasında həmin say 2 ədəd artaraq 289-a çatmışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol