BTQ ilə daşınan konteynerlərin sayı 63% artıb

Bu ilin yanvar-iyul aylarında Bakl-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 13 610 TEU konteyner təyinat stansiyalarına çatdırılıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi - "ADY Konteyner" MMC-dən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur.
Artım ötən ay xüsusilə böyük olub. Belə ki, bu ilin iyul ayında konteynerlərin sayı ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artıb.
7 ay ərzində daşınmış konteynerlərin 92%-i tranzit yüklər olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























