• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maska istehsalı 3 dəfə azalıb

Azərbaycanda maska istehsalı 3 dəfə azalıb
11.08.2021 21:14
"Sərt karantin vaxtı gün ərzində 150 min tibbi maska istehsal edirdiksə, indi bir gündə 50 min maska istehsal olunur”.

Anews.az  xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Tekstil Fabriki”ndən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt Kimya-Sənaye Parkında yerləşən fabrik ötən ilin dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırsa da, belə təşəbbüs baş tutmayıb:

"Karantin qaydalarının yumşalması və açıq havada maska məcburiyyətinin götürülməsi səbəbilə maskaya tələbat aşağı enib. Belə ki, sərt karantin vaxtı gün ərzində 150 min maska istehsal edirdiksə, indi isə 50 min maska istehsal olunur. Bu, onu göstərir ki, ölkə üzrə maskaya tələbat azalıb.

Eyni zamanda, çox təəssüf ki, xaricə maska ixracını düşünsək də, bu, hələ baş tutmayıb. Ölkəmizdən xaricə maska ixrac olunmur”.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi 2020-ci il aprel ayının 6-da istifadəyə verilib. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan tibbi maska istifadə edilir. Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol