• $
  • €
  • ₽
  • ₺
  • £

"BP" Xəzərdə yeni rəqəmsal texnologiya tətbiq etməyə başlayıb

"BP" Xəzərdə yeni rəqəmsal texnologiya tətbiq etməyə başlayıb
18.08.2021 09:55
Bu yaxınlarda "BP" Şərqi Azəri və Qərbi Çıraq platformalarında üçölçülü (3D) vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib.

Bu barədə "BP Azerbaijan" məlumat yayıb.

Bildirilir ki, bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir. O, həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.

Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə bp-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: "3D vizuallaşdırma vasitəsinin tətbiqi layihə üzərində çalışan heyətin möhtəşəm nailiyyətidir və regiondakı əməliyyatlarımızı texnologiyaların inkişafı və rəqəmsal transformasiya baxımından qabaqcıl mövqeyə çıxarır. Bu vasitənin istifadə imkanları çox genişdir. Hazırda bu texnologiya işlərin planlaşdırılması və icrasında daha səmərəli olmağımıza yardım etməklə yanaşı, əməliyyatlarımızın təhlükəsiz şəkildə davam etməsini təmin edir. Gələcəkdə bu yeni texnologiya sahədəki iş yükünü azaltmaqla əməyin təhlükəsizliyinin gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.”

BP bu ilin sonunadək AÇG yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır və növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyani tətbiq etməyi nəzərdə tutur.

3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli "Rəqəmsal əkiz” layihəsinin icrasında atılan ilk addımdır. "Rəqəmsal əkiz” obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə və simulyasiya, maşın öyrənməsi və əsaslandırma vasitələrindən istifadə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol