• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlikdən 1.1 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA

Agentlikdən 1.1 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA
19.08.2021 13:36
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iqtisadçı ekspert Natiq Cəfərlinin qurumun Buzovna qəsəbəsində 1 mln. 176 min manata 1 illiyə ofis və anbar icarəyə götürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Anews.az-a daxil olan məlumatda deyilir ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib:


"Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında "Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib.


"Dövlət satınalmaları haqqında” Qanuna əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılıb və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib.

Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir "Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib. 


Məlumat üçün bildirək ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.


Eyni zamanda Agentliyin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirmək istərdik ki, qurum fəaliyyətə başladığı dövrdən etibarən icbari tibbi sığorta sistemi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə davamlı tədbirlər görməkdədir. 2016-cı ildən başlayaraq qurumun rəsmi internet səhifəsi (https://its.gov.az/) və altı sosial media hesabı ("Facebook”, "Twitter”, "Linkedln”, "Instagram”, "YouTube” və "Telegram”) fəaliyyət göstərir.


İcbari tibbi sığorta ilə bağlı xəbərlər, Agentliyin illər üzrə fəaliyyətinə dair hesabatları, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə aylar üzrə statistik göstəricilər barədə məlumatlar və s. qurumun saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq yerləşdirilir. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən daxil olan bütün sorğular cavablandırılır. İcbari tibbi sığorta sistemi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu mövzuda xəbərlər mediada işıqlandırılır, Agentliyin əməkdaşlarının televiziya və radiolarda çıxışları təmin edilir, qurumun "Facebook” səhifəsində vətəndaşları icbari tibbi sığorta sistemi ilə bağlı maraqlandıran mövzularda canlı yayımlar təşkil edilir".


N. Cəfərli həmin tenderin qalibinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev olduğunu vurğulamışdı.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol