Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi açıqlandı

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb.
Bu barədə anews.az reporta istinadla xəbər verir.
Ümumiyyətlə Azərbaycan son bir neçə il ərzində Ukraynaya təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub, Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10 % azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9 % az, idxal isə 4,3 % artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























