• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell şəhid övladları və qaziləri üçün peşə təlimlərinin keçirilməsinə dəstək oldu

Azercell şəhid övladları və qaziləri üçün peşə təlimlərinin keçirilməsinə dəstək oldu
09.09.2021 10:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), "Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvlərinə dəstək olaraq yeni sosial təşəbbüsə start verildi. Belə ki, "Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və  öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək. 

Təlimlər onlayn şəkildə həyata keçiriləcək.  Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihə çərçivəsində gənclərə peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək.  Layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru Azercell təmin edəcək.  Belə ki, iştirakçılara Azercell tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər "Celt Colleges” və "JA Azərbaycan”ın peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmCham-a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. 

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. 
 
Böyük amallar uğrunda canını fəda edən  hərbçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin  balacaların öz qəhrəman ataları haqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda şirkətin əməkdaşlarından ibarət "Azercell Könüllüləri” də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daima yüksək tutan Azercell şirkəti bundan sonra da hünərlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol