• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu lisenziyaların müddəti uzadılıb

Azərbaycanda bu lisenziyaların müddəti uzadılıb
09.09.2021 11:57
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Azercell” MMC, "Bakcell” MMC və "Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.

Nazirlikdən verilən məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.

Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.

Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.

1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, "Azercell” MMC və "Bakcell” MMC 1996-cı ildə, "Azerfon” MMC isə 2007-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstərmişlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol