• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın turizm brendi Rusiya qatarlarında

Azərbaycanın turizm brendi Rusiya qatarlarında
04.10.2021 14:53
Azərbaycan Turizm Bürosu Rusiyanın "Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.
 
Əməkdaşlıq çərçivəsində "Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib. 


Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən video təqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.


Yeni başladılan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən "Aeroexpress” sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.


Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan "Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir. 


2019-cu ildə "Aeroexpress” şirkətinin sərnişin sayı 12,2 milyon nəfər təşkil edib.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol