• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub

Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub
04.10.2021 19:00
1-2 oktyabrda Azərbaycan Turizm Bürosunun işgüzar proqramın tərəfdaşı qismində iştirak etdiyi Rusiyanın Yekaterinburq şəhərində keçirilən "Expotravel 2021” beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanları təbliğ edilib.


Sərgidə iştirakın məqsədi Azərbaycanın turizm məhsullarını Rusiyanın ən böyük vilayətlərindən olan Sverdlovsk sakinlərinə təqdim etmək, həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq əlaqələrini formalaşdırmaq olub.


Tədbirdə aktiv istirahətə həsr edilən plenar görüş keçirilib, habelə "TASS-URAL” media mərkəzinin təşkil etdiyi mətbuat konfransında, eləcə də Yekaterinburqun yerli televiziya kanalının səhər proqramında (https://bit.ly/2YieFyf) Azərbaycanın turizm imkanları haqqında geniş məlumat verilib. 


Bundan əlavə, Azərbaycanın müalicəvi kurortlarına və dag-xizək mərkəzlərinə həsr edilmiş 2 prezentasiya təşkil olunub. 


1999-cu ildən etibarən keçirilən "Expotravel 2021” beynəlxalq turizm sərgisində bu il 15 ölkə iştirak edib və sərgini 4500-ə yaxın şəxs ziyarət edib.
 
Cari ilin 10 iyunundan etibarən Rusiya Federasiyası vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər edə bilirlər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol