• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan neft hasilatını artırır

Azərbaycan neft hasilatını artırır
04.10.2021 19:13
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Anews.az  xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni "Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq, 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, "OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol