• $
  • €
  • ₽
  • ₺
  • £

“Kapital Bank”dan rəhbər şəxsin adından göndərilən “mesajlar”a CAVAB

“Kapital Bank”dan rəhbər şəxsin adından göndərilən “mesajlar”a CAVAB
08.10.2021 16:30
"Kapital Bank” vətəndaşların mobil nömrələrinə Müşahidə Şurasının sədri Cəlal Ələkbər oğlu Qasımovun adından "WhatsApp” üzərindən göndərilən mesajlarla bağlı açıqlama verib.
 
İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, o mesajların bank v onun hər hansı əməkdaşı ilə əlaqəsi yoxdur:
 
 
""Kapital Bank” mütəmadi olaraq müxtəlif sorğular keçirir. Lakin bu sorğular hər hansı bir məhsul və ya xidmətlə bağlı, telefon zəngi vasitəsilə baş verir. Sorğu zamanı bankın rəhbərliyinin adından istifadə etmək və ya kart məlumatlarının tələb olunması yolverilməzdir”..
 
Bank rəsmisi müştəriləri diqqətli olmağa çağırıb:
"Bu tip bildirişlərə qarşı müştəriləri diqqətli olmağa çağırırıq və heç bir halda kart məlumatlarını başqa şəxsə verməmələrini xahiş edirik. Əks halda onlar dələduzluq halı ilə üzləşəcəklər”.
 
Məlumat üçün bildirək ki, son günlər yerli mobil operator nömrəsindən özünü bankın Müşahidə Şurasının sədri Cəlal Qasımov kimi təqdim edən şəxs tərəfindən mesaj göndərilərək, hesabında aşkarlanan problemə görə vətəndaşdan kartının nömrəsi və PİN kodu tələb edirlər. Bəziləri bu mesaja inanaraq şəxsi məlumatlarını qarşı tərəfə ötürür, nəticədə kart hesablarından vəsait oğurlanır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edərək, diqqətli olmağa çağırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol