• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank xidmətlərindən ən çox istifadə edilən bankların top beşliyində!

AccessBank xidmətlərindən ən çox istifadə edilən bankların top  beşliyində!
08.10.2021 17:28
AccessBank xidmətlərindən ən çox istifadə edilən top beş bankın siyahısına daxildir. Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan üzrə apardığı sorğunun nəticələri belə deməyə əsas verir. 

STM 24 avqust - 6 sentyabr 2021-ci il tarixlərində ölkə miqyasında əhali arasında telefon sorğusu keçirib. Kreditlər və ümumi bank xidmətləri ilə bağlı keçirilən sorğuda 1069 respondent iştirak edib. Respondentlər arasında son 1 ildə xidmətlərindən ən çox istifadə edilən banklar sırasında AccessBank top beşlikdə qərarlaşıb. 

Sorğuda əminlik intervalı 95.0%, statistic xəta əmsalı 3.0% təşkil edib.

Sorğu haqqında ətraflı məlumat əldə etmək üçün:

https://stm.az/az/news/768/stm-kreditlerle-bagli-sorgu-kecirdi

Sosial Tədqiqatlar Mərkəzi ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən proseslər haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol