• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib
14.10.2021 11:46
Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

Bu barədə Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən məlumat verilib.

Məlumata görə, iclasda şirkətin "2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib. IV Sənaye İnqilabının (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşması, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. "2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.

İclas iştirakçıları eyni zamanda MŞ-nın işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə onun Koordinasiya Ofisinin yaradılması və həmin ofisə MŞ-nın üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

İclasda SOCAR-ın fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

MŞ ölkə prezidentinin "Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol