• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!

ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
20.10.2021 17:32
İş adamlarının yaxın tərəfdaşı olan ABB yeni mövsümdə onların fəaliyyətinə dəstək məqsədilə xüsusi kampaniya elan edib.  Payız kampaniyası çərçivəsində kiçik sahibkarlar 48 ayadək mikrokreditləri ABB-dən 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilərlər. 15.000 manatadək kredit üçün zamin tələb olunmur. Kreditin maksimum məbləği 20.000 manatdır. Kampaniya 30 noyabr tarixinə qədər keçərlidir. Hər bir kiçik sahibkar ABB-nin filiallarına müraciət etməklə Payız kampaniyasının üstünlüklərindən yararlana bilər. 

Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov ABB-nin iş adamları üçün faydalı tədbirləri mütəmadi olaraq davam etdirdiyini xatırladıb: "Universal bank olaraq ABB sahibkarların maliyyə xidmətlərinə olan bütün ehtiyaclarını ən sərfəli şəkildə və yüksək keyfiyyətlə təmin edir. İş adamları yaratdığımız imkanlardan istifadə etməklə bizneslərini daha da inkişaf etdirə bilərlər. Onları filiallarımıza müraciət edərək bu imkanlardan faydalanmağa çağırırıq”.     
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol