• $
  • €
  • ₽
  • ₺
  • £

Bu investisiya növü daha çox qazandırır!

Bu investisiya növü daha çox qazandırır!
21.10.2021 09:56
   Gələcəyə yönəlik investisiya qoymaq son illərdə daha da önəmsənən bir mövzu olmağa başladı. Baş verə biləcək gözlənilməz situasiyalar üçün insanlar kənarda pul yığmağa çalışır. Bu isə müxtəlif ölkələrdə fərqli yollarla özünü büruzə verir. Azərbaycanda bu müqayisədə əsasən bank əmanətləri, qiymətli metallar və daşınmaz əmlak çıxış edir. Məlumdur ki, mənzil və ev qiymətləri zaman keçdikcə daha da bahalaşır. Hətta daşınmaz əmlak nümunəsinin satılması ilə yanaşı, onun kirayə verilməsindən də gəlir əldə etmək mümkündür. Daşınmaz əmlakı uzun müddətli kreditə götürərək kirayə verən insanların sayı da kifayət qədərdir.
 
   Tikinti prosesində qiymət artımı istər Azərbaycanın, istərsə də digər ölkələrin daşınmaz əmlak bazarlarında müşahidə olunan tendensiyadır. Uzunmüddətli investisiyada tikinti zamanı 1 kv.m qiyməti 800 AZN olan mənzilin illər sonra 3000 AZN-ə qalxması halları öz əksini tapır.
 
   Artıq 2 ildir ki, Kristal Abşeron tərəfindən sakinlərin istifadəsinə verilmiş Park Yasamal layihəsi mənzilləri 2 il öncə kvadrat metri üçün 1190 AZN üzərindən hesablanırdı. Cari vaxtda evin 1 kv.m-in 1590 AZN olduğunu nəzərə alsaq görərik ki, minimum 42 kv.m bir mənzil alsan, 2 ildən az müddətdə 16,800 azn mənfəət əldə etmiş olursan. Bundan əlavə sözügedən şirkətin Bayıl 1 layihəsində 2 il öncə kvadrat metrinə 1000 AZN ödəyən sakin hal-hazırda hər kvadrat metrinə 1660 AZN ödəyir. Bu isə 50 kvadrat metrlik mənzil üzərindən 33,000 AZN xeyir deməkdir. Eyni miqdarda pulun xeyir əmsalını bank depoziti ilə müqayisə etdikdə isə ortalama 6%-lə 2 il ərzində depozitə qoyduğunuz 50000 AZN vəsaitdən 7500 AZN xeyir götürə bilərsiniz. Bu isə müqayisədə kifayət qədər fərq edir.
 
   Göründüyü kimi, daşınmaz əmlaka düzgün və vaxtında yatırım edən investor 2 il ərzində 30-40%-dək gəlir əldə edir. Mövcud şəraitdə heç bir sabit investisiya bu qədər mənfəətlə geri qayıtmır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol