• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycan Avtomobil Yolları Agentliyi hansı işləri görüb?-STATİSTİKA

Bu il Azərbaycan Avtomobil Yolları Agentliyi hansı işləri görüb?-STATİSTİKA
28.10.2021 16:22
2021- ci ilin yanvar-sentyabrında 16 kəndlərarası avtomobil yolu layihəsinin, Şamaxı və Naftalanın daxili yollarının, Bakı və qəsəbədaxili yolların yenidən qurulması və təmiri işləri davam etdirilib, bu barədə Anews.az Azərbaycan Avtomobil Yollarına istinadən xəbər verir.

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı), M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi  hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı), Xətai "Ağ şəhər" layihəsi və Nobel prospekti üzərində piyada körpüsünün, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km), Ələt-Astara-İran İslam Respublikası  ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuzun Rövşən Məmmədov küçəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının, Susay-Xınalıq avtomobil yolunun (34.8 km), Abşeronda yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.
 
Bakı və respublikanın digər bölgələrində istifadədə olan avtomobil yollarında, 693 yol nişanı, 6 927 siqnal dirəyi, 2328 p/m əyrixətli tirlər quraşdırılıb, 1301.7  min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
 
Respublikanın istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib, 6 055 p/m əyrixətli tirlər, 65 p/m beton bardür, 177  p/m mühafizə çəpəri, 20  işıq dirəyi, 15 yol nişanı, 4 məlumat lövhəsi, 3 dayanacaq, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük, 25 m körpü məhəccəri yararsız hala düşüb.
 
 Yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib, 405.7 min manatı  (70.9 %) ödənilib, ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.

AAYDA-nin "Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd ağac və kol bitkisi əkilib.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol