• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF neftin lazım olan qiyməti açıqlanıb

ARDNF neftin lazım olan qiyməti açıqlanıb
05.11.2021 13:17
Neftin qiymətinin 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat azalmasına gətirib çıxarır.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Məlumata görə, neftin bir barelinin satış qiyməti 30 ABŞ dollarınadək düşərsə icmal büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 5,8 milyard manat az olmasına səbəb ola bilər.

Neft qiymətlərinin 1 ildən yuxarı müddət ərzində 50 ABŞ dolları ssenarisindən 15 ABŞ dolları və daha çox enməsi və 1 il ərzində həmin səviyyədə qalması nəzərdə tutulandan əlavə borclanmanın və ya Dövlət Neft fondundan transfertin, yaxud da qeyd edilən hər iki tədbirin kombinasiyasının həyata keçirilməsini şərtləndirir. Bu halda xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin investisiya xərclərinin aşağı salınması hesabına təmin edilməli olacaq.

Göründüyü kimi, neftin qiymətinin aşağı səviyyədə olması riskin qarşılanması (mitiqasiyası) məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşmanı zəruri edir.

Hesablamalar göstərir ki, 2022-ci ildə neftin bir barelinin 55 ABŞ dolları səviyyəsində olduğu halda ARDNF-in gəlir və xərcləri arasında tarazlığın təmin olunması mümkündür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol