• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Azərbaycana 500 min dollarlıq dəstək

ABŞ-dan Azərbaycana 500 min dollarlıq dəstək
06.11.2021 10:37
ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayrıb.
Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur.iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir.

ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat qurulması üçün vacib rol oynayır.

Birləşmiş Ştatlar dünyada adı silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin ünvanlanması üçün istifadə olunub. Erika Olson Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda yeni təyin olunmuş dövlət katibinin köməkçisinin müavinidir. O, regional əməkdaşlığın inkişafı, habelə, ikitərəfli münasibətlərin irəliləməsiməsələlərinin müzakirəsi məqsədilə Ermənistana, Azərbaycana və Gürcüstana səfər edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol