• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə xərclərinə ayrılan məbləğ artırılsın - Deputatdan təklif

Səhiyyə xərclərinə ayrılan məbləğ artırılsın - Deputatdan təklif
16.11.2021 15:51
 Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 faizə çatıb və təklif edirəm ki, səhiyyənin hazırkı layihələrinin icrası üçün büdcədən pul ayrılsın.
 
Anews.az-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədrdi Əhliman Əmiraslanov bildirib.
 
"Gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. İcbari tibbi sığortanın həyata keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan xərclərdə böyük artım var. Ancaq çox təəssüflər olsun ki, tibb elminin, elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan vəsait çox azdır. İcbari tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə eyni vaxta düşdü və bunun tətbiqində bir çox problemlər ortaya çıxdı. Ancaq buna baxmayaraq, ölkəmizdə icbari tibbi sığorta tətbiq edilir. Burada bir sıra problemlər də var. İlk başlayanda xidmətlər zərfinə daxil olan xidmətlərin sayı çox az idi. Hazırda bu zərfə 2500-ə yaxın xidmət daxildir. Amma bu kifayət etmir. Bu ilki büdcə və Fonda yığılan vəsaitlə xidmətlər zərfinə daxil olan xidmətlərin sayını 2 dəfə artıra bilərik”, deyə komitə sədri qeyd edib.
 
Gülnar Nazimqızı
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol