• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrə iqtisadi müstəqillik verməsək, sovet dövründəki kimi olacaq - ZAHİD ORUC

Bölgələrə iqtisadi müstəqillik verməsək, sovet dövründəki kimi olacaq - ZAHİD ORUC
16.11.2021 21:45
"Müstəqil iqtisadi mərkəzlərə görə ötən illərdə bölgələrin iqtisadi-sosial inkişafına 50 milyard manatdan artıq vəsait xərclənsə də ölkəmizdə coğrafi-iqtisadi qeyri-mütənasiblik davam edir. Ölkə ərazisinin cəmi 7%-nə və əhalinin  30%-nə malik  Bakı-Abşeron yarımadasında 2019-cu ildə  ümumi məhsul buraxılışının 75%-i, ölkə üzrə əhalinin illik ümumi gəlirin 62 %-i, ölkə üzrə ümumi sənaye istehsalının 89 %-i, iqtisadiyyata ümumi kredit qoyuluşunun 85%-i paytaxtda cəmlənib. 2010-2019-cu illərdə 154.0 milyard manatlıq əsaslı vəsaitin 67%-i Bakı şəhərinə yatırılıb. Bu vəziyyət regionların paytaxtdan daimi asılılığına və Bakı-Abşeron zonasına əhali axınına səbəb olur. Paytaxtın əmək, mənzil, qida və nəqliyyat sisteminə  təzyiq son iki ildə daha da artıb. Hökumət büdcə siyasəti ilə iqtisadiyyatın tarazlı olmayan ərazi quruluşunu dəyişərək, 2-ci, 3-cü, 4-cü böyük şəhərləri formalaşdıra bilər. Bölgələrə iqtisadi müstəqillik verməsək, təşəbbüskarlıq zəif olacaq və sovet dövründəki kimi hamı mərkəzdən qərar və pul gözləyəcək.
 
Anews.az xəbər verir ki, bu sözləri İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bu gün Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı çıxışında bilidirib. 
 
"Azərbaycan 2020:Gələcəyə baxış  inkişaf konsepsiyası”nda 2020-ci ilə qədər minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə çatdırılmalıydı: "Statistika Komitəsinin məlumatına görə orta aylıq əmək haqqı 707 manat, minimum əmək haqqı isə 250 manat-yəni, 25 faiz az, 35 faizlik nəticəyə nail olunub. Əlbəttə, növbəti ilin büdcəsində minimum əmək haqqı, yaşayış minimumu və istehlak səbəti kimi təməl meyarlarının yaxşılaşdırılması üçün hansı addımları ata biləcəyimizi indi elan etməliyik. Hökumət xalqa ünvanlı yardımdan çox, azad sahibkarlığın qarşısındakı baryerləri açmalıdır ki, dövlətə yardımı  iş adamları özləri etsin.  Komitə müzakirələri zamanı biz pensiyalar məsələsinə toxunmuşduq. Hesablama Palatasının rəyində 37-ci səhifədə deyilir ki, Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir. Hamı bilir ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir. Hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik və indi onlara hansı iqtisadi-sosial alternativ yaratdığımız müharibədə qələbədən sonra hökumətin qarşısında ən böyük vəzifə kimi dayanır”, deyə Zahid Oruc əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol