• $
  • €
  • ₽
  • ₺
  • £

"İqtisadiyyatın transformasiyası alət rolunu oynayacaq"

"İqtisadiyyatın transformasiyası alət rolunu oynayacaq"
17.11.2021 15:35
"Rəqəmsallaşma və bununla bağlı iqtisadiyyatın transformasiyası CAREC çərçivəsində regional əməkdaşlığın daha da genişləndirilməsi üçün alət rolunu oynayacaq”.
 
Anews.az xəbər verir ki, bunu bu gün keçirilə 20-ci Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) Nazirlər Konfransında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
 
Onun sözlərinə görə, "CAREC Rəqəmsal Strategiya 2030", ölkə rəhbərliyinin təşəbbüsü ilə baş verən dəyişikliklərə öz töhfəsini verəcək: "CAREC-in 2021-ci ilin sədri kimi, Azərbaycanın daha güclü regional əməkdaşlığın və inteqrasiyanı təşviqini davam etdirmə öhdəliyini ifadə etmək istəyirəm".
Birgə bəyanatda nazirlər CAREC Proqramını COVID-19 pandemiyasının çağırışlarına uyğunlaşmasına görə yüksək qiymətləndirib və digər prioritet sahələrlə yanaşı regionda iqtisadi dayanıqlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və ticarətin asanlaşdırılması sahəsində əldə olunan irəliləyişləri qeyd ediblər.
 
Yüksək səviyyəli strategiya və siyasət qurumu kimi CAREC inkişaf tərəfdaşları tərəfindən dəstəklənən üzv ölkələr arasında əməkdaşlıq vasitəsilə iqtisadi artımı və davamlı inkişafı təşviq edir. 2001-ci ildən bəri CAREC çərçivəsində maliyyələşmə, 213 regional layihə üçün 40 milyard ABŞ dollara çatıb. Bunun 15 milyard ABŞ dolları ADB-dən, 16 milyard ABŞ dolları tərəfdaşlarından və 9 milyard ABŞ dolları CAREC hökumətlərindən ayrılıb.
 
Layihələr avtomobil və dəmir yollarının səmərəliliyinin artırılmasına, sərhəd-keçidlərin sadələşdirilməsinə və milyonlarla insanın enerjiyə çıxışının yaxşılaşdırılmasına kömək edib.
 
ADB, ifrat yoxsulluğu aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, dayanıqlı və davamlı Asiya və Sakit Okean regionuna nail olmaqda qərarlıdır. Bank 1966-cı ildə yaradılıb və 49 bölgədən 68 üzvə malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol