• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları açıqlanıb

Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları açıqlanıb
20.11.2021 20:01
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz məhsulları üzrə ixracın 38,6 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,2 faizini Rusiyaya, 3,8 faizini İspaniyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Gürcüstana, 3,4 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Ukraynaya, hər biri 1,6 faiz olmaqla Belarus və Almaniyaya, hər biri 1,5 faiz olmaqla İsveçrə və Kanadaya, 1,1 faizini Yunanıstana, 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
 
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
 
Ümumilikdə 2021-ci ilin yanvar-sentyabrında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol