• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 3 rayonunda yenidənqurma işləri aparılıb - VİDEO

Azərbaycanın 3 rayonunda yenidənqurma işləri aparılıb - VİDEO
30.11.2021 10:33
"Azərişıq” Yardımlı, Astara və Lerik rayonlarının elektrik şəbəkələrində yenidənqurma, təmir-bərpa işləri aparıb.

Bu barədə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. 
 
"Yardımlıda 1200-ə yaxın abonentin yaşadığı və mürəkkəb dağ relyefi şəraitinə malik 13 yaşayış məntəqəsinin elektrik xətləri və enerji güc mərkəzləri yenilənib. Elektrik verilişi xətləri mürəkkəb dağ keçidləri və meşə ərazilərindən çıxarılaraq əsasən yol kənarı və açıqlıq sahələrdən çəkilib. Uzunluğu 43,2 km olan 10 kV-luq hava xətti yenilənib. Rayonun Peştəsər kəndində 0,4 kV-luq şəbəkə müasir tələblər səviyyəsində qurulub. Sayğaclaşma işləri yekunlaşıb və Peştəsər kəndinin 72 abonenti keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Yenidənqurma işləri Astara rayonunda da həyata keçirilib. "Lavayin” 35/10/6 kV-luq yarımstansiyadan qidalanan 12,6 kilometrlik "subsovxoz” hava xəttinin əsaslı bərpası ilə bağlı nəzərdə tutulan işlərin 60 %-i yerinə yetirilib. Əlavə 7 güc mərkəzi yaradılaraq müasir komplekt transformator məntəqələri quraşdırılıb. Sözügedən hava xətti Tüləküvan, Təzəkənd, Aşağı Şəmətük, 8 Hektar kəndlərində və Kijəbə qəsəbəsində ümumilikdə 1115 abonentə xidmət edir. Yenidənqurma işləri çərçivəsində Kijəbə qəsəbəsində elektrik şəbəkəsi tam yenilənib. Lerik rayonunda da enerji təsərrüfatı müasirləşdirilir. 1960-cı illərdə istismara verilmiş Lerik yarımstansiyasından qidalanan 3 saylı 90 km-lik 10 kV-luq hava xəttinin yenidənqurma, tiktinti-bərpa işləri aparılır. Artıq qısa müddətdə 20 km-ə yaxın hava xətti istismara verilib. Həmin ərazi 8 kəndi, 1500-ə yaxın abonenti əhatə edir.10 kV-luq hava xəttinin ümumi uzunluğu isə 90 km-ə yaxındır və 3000-ə yaxın abonentə, 100-dən çox qeyri-əhali qrupuna və ticarət obyektlərinə xidmət göstərir. Bütün yenidənqurma, tikinti, təmir-bərpa işləri mərhələli şəkildə və plana uyğun yerinə yetirilir", - deyə məlumatda qeyd olunur. 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol