• $
  • €
  • ₽
  • ₺
  • £

Lirədəki dəyişiklik ilə bağlı QRAFİK

Lirədəki dəyişiklik ilə bağlı QRAFİK
03.12.2021 18:30
Bu gün Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi bir qədər də azalaraq 13,89 lirəyə enib və Bakı vaxtı ilə 14:39-da 1 dollar/13,65 lirə səviyyəsində stabilləşib.

İlin əvvəlindən lirənin dollara qarşı məzənnəsi 70% azalıb və bu, valyutalar arasında ən kəskin enişlərdən biri sayılır.

Ötən gün Türkiyə Mərkəzi Bankı (TMB) bazara müdaxilə edərək son 7 il ərzində ilk dəfə olaraq rəsmi ehtiyatlarından təxminən 1 mlrd. dollar vəsaiti lirənin məzənnəsinin stabilləşməsinə "xərcləyib". Nəticə olaraq müdaxilənin gözəçarpan fərqi hiss olunmayıb. Belə ki, lirə bu gün də ucuzlaşıb.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, TMB-nin monetar siyasəti vaxtından əvvəl yumşaldılması və 2023-cü il prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin və əlavə iqtisadi stimulların bir qədər də azaldılması türk lirəsinin kəskin ucuzlaşmasına gətirib çıxarır. Agentliyə görə, hazırda sözügedən amillər gündaxili volatillik və artan inflyasiyada əks olunur.

Geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol