Bakı Limanında yükaşırma 18% artıb

Bu ilin yanvar-oktyabrında paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) 4,707 milyon ton yük aşırılıb, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Liman” QSC-nin mətbuat katibi Elmar Həbibli məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.
O cümlədən son 1 ildə limanda aşırılmış quru yüklərin həcmi 68,5% artaraq 956 min ton təşkil edib.
Hesabat dövründə limanında aşırılmış konteynerlərin sayı isə 6% artıb 35 040 TEU olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























